İdman

Millimizin baş məşqçisinin maaşı 100 min dollar azaldıldı

Sharing is caring!

U-21-in baş məşqçisi Milan Obradoviç hələ də ölkəmizə gəlməyib.

XəbərAl.az xəbər verir ki, serbiyalı mütəxəssis hazırda vətənindədir. O və köməkçiləri Bakıya yanvarın 22-də səfər edəcək.

AFFA tərəfindən müqaviləsi 2 illik uzadılan balkanlı çalışdırıcı əvvəlkindən bir qədər az qazanacaq.

Əgər federasiya ona ilk iki il ərzində hər ay 35 min dollar ödəyirdisə, buədəfəki sözləşmədə məbləğ ümumən 100 min dollaradək aşağı çəkilib.

Əvəzində Obradoviçin qarşısına daha ciddi vəzifə qoyulub: U-21 Avropa çempionatının növbəti seçmə mərhələsində qrupu ikinci-üçüncü sırada bitirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir