Dünya

Ukrayna Türkiyədən Bosfor boğazı ilə bağlı xahiş etdi

Sharing is caring!

Ukrayna Türkiyəni Bosfor və Çanaqqala boğazlarını göyərtəsində silah olan Rusiya gəmiləri üçün bağlamağa çağırıb. İddiaya görə, onlar müxtəlif məhsulların daşınması adı altında Aralıq dənizindən Qara dənizə keçid edirlər.

Bu, “The Wall Street Journal”ın araşdırmasından məlum olub.

Gəmilər Rusiyanın Suriyadakı bazasından yola düşür, daha sonra Bosfor və Çanaqqala boğazlarından keçir. Bu boğazlar Türkiyənin nəzarətindədir və Aralıq dənizindən Qara dənizə girməyin yeganə yoludur.

Araşdırmada avqustun 27-də Qara dəniz limanına “S-300” zenit-raket komplekslərini daşıyan “Sparta II” gəmisindən bəhs edilir. Gəmi Moskvanın “Oboronlogistika” şirkətinə məxsusdur. Bu şirkət isə Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir və ABŞ-ın sanksiyaları altındadır. Eyni zamanda “Oboronlogistika”dan gəminin Aralıq dənizindən Qara dənizə zeytun yağı daşıdığı iddia edilib.

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın sözlərinə görə, Montrö Konvensiyasına uyğun olaraq ticarət gəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilər. “Sparta II” isə göstərilən kateqoriyaya daxildir, ona görə də göyərtəsində silah olması ehtimalına baxmayaraq, keçidinə icazə verilib.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir