Cəmiyyət

Güclü qar Lənkəranda fəsadlara səbəb olub – VİDEO

Sharing is caring!


Lənkəran şəhəri ərazisində yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində bəzi küçə və prospektlərdə irigövdəli ağaclar aşaraq yollarda hərəkətə maneə törədib, binaların dam örtüklərində dəmir parçaları qopub asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb.

Yaranmış fəsadların aradan qaldırılması məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir