Dünya

Özbəkistan prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırdı

Sharing is caring!

Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıblar.

Özbəkistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir