Dünya Manşetüstü

Sabiqlər Ərdoğana qarşı: Babacan açıqlama verdi – Yeni partiya gəlir

Sharing is caring!

“2020-ci ilə qalmadan partiya qurulacaq”.

XəbərAl.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən sabiq xarici işlər naziri Ali Babacan deyib.

Sabiq nazir yeni siyasi partiya quruculuğu haqda bunları bildirib:

“AKP-nin qurulduğu dönəmli indiki şərtlər çox fərqlidir. Başqa sözlə, bu gün həm işləri görüldüyü mühit, həm də hədəfdə olan kütlə 2001-ci ilin şərtlərinə görə çox fərqlidir. 2020-ci il gəlmədən işlərimizi yekunlaşdıraraq, ortaya çıxmağı planlaşdırırıq”.

Babacan sabiq prezident Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun yeni siyasi partiyada yer alıb-almayacağı barədə sualı da cavablandırıb:

“Abdullah Gül görülən işlərə dəstək verir, bilgi və təcrübələrindən istifadə edir. Lakin hüquqi və siyasi məsuliyyət kimdədirsə, əsas səlahiyyət də o insanların üzərindədir.

Əhməd Davudoğlu da şəxsiyyətinə hörmət etdiyimiz və sevdiyimiz biridir. Lakin siyasətdə idarəetmə və üslubumuz çox fərqlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir