Dünya

İran bütün ölkə ərazisində PUA təlimləri keçirəcək

Sharing is caring!

Avqustun 24-də İran Silahlı Qüvvələri 150 pilotsuz uçuş aparatının iştirak edəcəyi genişmiqyaslı təlimlər keçirəcək.

Bu barədə İran ordusunun kontr-admiralı Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, təlimlər İran ordusunun bütün dörd qoşun növünün iştirakı ilə ölkənin bütün ərazisində baş tutacaq.

Səyyari qeyd edib ki, təlimdə silahların dəqiqliyi və gücü, uçuş keyfiyyəti, istiqamətləndirmə və idarəetmə sistemlərinin imkanları, həmçinin pilotsuz təyyarələrin döyüş qabiliyyəti qiymətləndiriləcək.

Mənbə: IRNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir