Cəmiyyət

“Cəmi iki ay vaxtım var, əks halda əlil qalacağam”… – Yardım çağırışı + FOTO

Sharing is caring!

Bakı şəhər sakini, 31 yaşlı Zaur Əlizadə Media.Az-ın redaksiyasına müraciət edib. O, iki il əvvəl dəhşətli avtomobil qəzasından möcüzəvi şəkildə sağ çıxıb. Onurğa sütununun sınığı nəticəsində əlil arabasına möhtac qalıb. Xarici mütəxəssislər əməliyyatın qəzadan iki ildən gec olmayaraq həyata keçirilməsi halında onu ayağa qaldıracaqlarına və hətta buna zəmanətlə söz verirlər. Zaurun bu şansdan yararlanmaq üçün cəmi iki ayı qalıb. Türkiyəli və hindistanlı həkimlər onu qəbul etməyə hazırdırlar: Zaurun ayağa qalxa bilməsi üçün 25-35 min dollar lazımdır, amma sözügedən məbləğə onun maddi imkanı çatmır.

Zaur deyir ki, hadisənin baş verdiyi həmin yağışlı axşamda dostları ilə Xırdalandakı qohumlarına baş çəkməyə gedib. Birdən sürücü idarəetməni itirib. Zaur arxa oturacaqda oturubmuş. O, iki gün sonra Neyrocərrahiyyə xəstəxanasında oyanıb…

“Qabaqda oturan dostum kəllə-beyin travmasından yerindəcə həyatını itirdi. Mənə onurğa beyni travması diaqnozu qoyuldu, bədənimin 80% iflic oldu. İki ildir bu vəziyyətdəyəm, valideynlərimə möhtacam, yaxşı ki, ailə qurmamışam…

Ancaq Türkiyə və Hindistandan gələn həkimlərin ayağa qalxmağımla bağlı verdikləri ümidlə yaşayıram. Lakin bu ümid də hər keçən gün bir az daha sönür, çünki əvvəlki vəziyyətimə qayıtmağım üçün cəmi iki ayım qalır… Bu, çox qısa müddətdir. Amma bəlkə də möcüzə baş verər!? Cəhd etməliyəm.

Türkiyəli mütəxəssislər əməliyyatdan sonra yeriyə biləcəyimə 70% zəmanət verirlər. Amma bunun üçün 25 min dollar lazımdır. Hindistanda 80% zəmanətlə 35 min dollar istəyirlər. Mənim üçün bu, böyük puldur, ancaq xalqımın köməyinə arxalana bilərəm. Azərbaycanda belə əməliyyatlar etmirlər, valideynlərimin isə mənə kömək etməyə gücləri çatmır. Atam infarkt keçirdi, işləmir. Anam 520 manat maaşla tibb bacısı işləyir.

Məbləği toplamaq üçün cəmi iki ay vaxtım var. Xahiş eləyirəm, mənə kömək edin. Əgər məbləğ yığılmasa, ömrümün sonuna qədər kiməsə  yük olaraq qalacağam”, – deyə gənc kömək istəyir.

Zaur Əlizadənin probleminə biganə qalmayan bütün mərhəmətli insanları imkanları daxilində ona köməyə çağırırıq.

Zaurla əlaqə nömrəsi: +994 55 619 95 23

Arzu edənlər aşağıdakı karta pul köçürməklə ona imkanları çatan köməkliyi göstərə bilərlər:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir