Dünya

Azyaşlı oğul atasının müalicəsi üçün yığılan ianələri oyunlara xərclədi

Sharing is caring!

Çinin Sıçuan əyalətində 12 yaşlı Huan adlı yeniyetmə xərçəng xəstəsi olan atasının müalicəsi üçün yığılan pulu oyunlara xərcləyib.

Oğul xəstəxananı ziyarət edərkən atasının telefonundan istifadə edib və ailə üzvlərinin bağışladığı 3800 yuanı xərcləyib.

Yeniyetmə “Xiaomi Game Centre” mobil telefonları üçün oyun platformasına pul köçürüb.

Pul itkisini uşağın əmisi yeniyetmənin atasının ölümündən sonra müalicə xərclərini ödəməyə gedəndə aşkar edib. O, xərclənmiş məbləğin qaytarılması tələbi ilə “Xiaomi”yə müraciət edib və pul ailəyə qaytarılıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir