Dünya

“TJournal” bağlandığını elan edib – FOTO

Sharing is caring!

Rusiyanın “TJournal” (TJ) xəbər portalının redaktorları layihənin bağlandığını elan ediblər.

Açıqlamada bildirilir ki, son iş günü sentyabrın 10-u olacaq.

Layihə rəhbərliyinin sözlərinə görə, xəbər aqreqatoru 11 ildən artıq fəaliyyət göstərib, lakin 2022-ci ildə Ukraynada xüsusi əməliyyat başlayandan sonra qoyulan məhdudiyyətlər səbəbindən işini davam etdirməsi qeyri-mümkün olub. Redaktorlar layihənin saytının bloklandığını xatırladıblar.

“TJ-nin inkişafı və dəstəklənməsi üçün vəsait tükəndi. İşçilərin addım-addım ixtisarı da kömək etmədi”, – deyə redaksiyadan təəssüflə əlavə edilib.

Qeyd edək ki, mart ayında “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) onlayn nəşrə girişi Rusiya Baş Prokurorluğunun 27 fevral tarixli tələbi ilə Rusiya Federasiyasında məhdudlaşdırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir