Dünya

Eçmiədzində atışma: Ölən və yaralanan var

Sharing is caring!

Avqustun 18-də Ermənistanın Armavir vilayətində döyüş filmlərinə bənzəyən kriminal hadisə baş verib.

Axşam saatlarında Vaqarşapat Polis Şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin Böhran Mərkəzinə Eçmiədzin şəhərinin Qnunyants küçəsində avtomobillərin toqquşması barədə siqnal daxil olub.

Güllə yarası almış iki nəfər təcili tibbi yardım maşınlarında hadisə yerindən Vaqarşapat tibb məntəqəsinə aparılıb.

Polis ərazidə bir neçə avtomobil, o cümlədən “Mercedes-Benz G” avtomobili aşkar edib və orada çoxsaylı güllə izləri tapılıb.

Tibb müəssisəsindən bildirilib ki, zərərçəkənlərdən biri özünə gəlmədən ölüb.

Hadisə yerindən “Makarov” tipli tapança, avtomobildə isə qan izləri aşkar edilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Mənbə: Sputnik Armenia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir