Cəmiyyət

Ağsuda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb – FOTO

Sharing is caring!

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində keçirilən tədbirlər zamanı xüsusi cihaz vasitəsilə nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların miqdarı yoxlanılıb.Yoxlamalar zamanı bəzi avtomobillərdə tullantının normadan artıq olduğu müəyyən edilib.Həmin nəqliyyat vasitələrini idarə edən sürücülərlə izahedici söhbətlər aparılıb və bildirilib ki,ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir. Həmin sürücülər barəsində yol polisi əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

  Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir