Dünya

Belarus sərhədçiləri miqrantları dəlikdən keçirməkdə ittiham olunurlar

Sharing is caring!

“Belarus sərhədçiləri miqrantları Polşaya buraxmaq üçün xüsusi alətlərdən istifadə edərək iki ölkə sərhədində “divarda” dəliklər yaradırlar”.

Bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat katibi Anna Mixalskaya bildirib.

Saxlanılanların hekayələrinə görə, Polşa tərəfində Belarus sərhədçiləri nəinki miqrantları sərhədə gətirir, hətta “divardan” keçməyə kömək etməyə çalışırlar.

Mixalskayanın sözlərinə görə, sərhədçilər iki-beş nəfərlik qrupları “divardakı dəlik”dən keçirirlər.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir