Dünya

Manisada dəhşətli qəza: Onlarla yaralı var – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin Manisa şəhərinin Soma rayonunda kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan mikroavtobus ilə minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb.

Nəticədə 30 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: “Türkiye gazetesi”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir