Dünya

Litvada Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlər vətəndaşlıqdan çıxarıla bilərlər

Sharing is caring!

Litvalı deputatlar vətəndaşlıq haqqında qanuna dəyişiklik layihəsi hazırlayıblar.

Layihəyə əsasən, vətəndaşlıq haqqında sənədi müstəsna əsaslarla alan əcnəbilər Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyərlərsə, pasportlarından məhrum edilə bilərlər.

Bu təşəbbüs deputatlar Dalya Asanaviçyute, Stasis Şedbaras və Andryus Vişnyauskas tərəfindən irəli sürülüb. Belə ki, onlar Litvanın milli təhlükəsizliyini və maraqlarını təhdid edən və ya Litvaya, həmçinin onun müttəfiqlərinə düşmən olan şəxslərin vətəndaşlıqdan məhrum edilməsini təklif edirlər. Bu, ilk növbədə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyənlərə aiddir.

“Litva vətəndaşlığından məhrumetmə ilə bağlı altı hal var. Lakin Litva vətəndaşlığını qəbul etmiş başqa bir ölkənin vətəndaşı təcavüzkar ölkəni dəstəkləyərsə, onun vətəndaşlıqdan məhrum edilməsi mexanizmi yoxdur. Bu isə Litvaya, regiona və ölkənin müttəfiqlərinə təhlükədir”, – deyə bəyanatda qeyd edilir.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir