Dünya

Estoniyanın baş naziri: “Avropaya səfər etmək insan hüquqlarına daxil deyil”

Sharing is caring!

Estoniyanın Baş naziri Kaya Kallas rusiyalılara Aİ-yə səfərləri üçün turist vizalarının verilməsini dayandırmağa çağırıb.

“Rusiyalılara turist vizalarının verilməsini dayandırmaq lazımdır. Avropaya səfər etmək insan hüquqlarına daxil deyil, bu, sadəcə üstünlükdür, imtiyazdır”, – deyə Kallas “Twitter” hesabında bildirib.

O qeyd edib ki, hazırda Rusiya ilə hava əlaqəsi bağlanıb. Bu isə o deməkdir ki, Şengen ölkələri viza verməyə davam etdikcə bunun yükünü Rusiyanın qonşuları – Finlandiya, Estoniya və Latviya çəkirlər.

“Rusiyadan gələn turizmi dayandırmağın vaxtıdır”, – deyə Kallas vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir