Dünya

“Warner Bros.” “Batgirl” filminin yayımını ləğv etdi

Sharing is caring!

“Warner Bros. Studios” çəkilişləri tamamilə başa çatan “Batgirl” (“Yarasa qız”) filminin premyerasını ləğv edib. Film hətta “HBO Max striming” xidmətində də nümayiş olunmayacaq.

Bu barədə “Variety” nəşri məlumat verib.

Məlumata görə, bu qərar kino sənayesi üçün görünməmiş bir qərar olub və “hələ də şok effekti verir”. Belə ki, studiyalar qoyduqları investisiyadan ən azı bir qədər gəlir əldə etməyə üstünlük verirlər.

Bildirilir ki, planlaşdırılmış büdcəsi 70 milyon dollar olan filmin istehsalı təxminən 100 milyon dollara başa gəlib. Lakin sınaq nümayişlərində film zəif qiymətləndirilib.

Baş rollarda Lesli Qreys, Maykl Kiton, Brendan Freyzer və C.K.Simmons çəkildiyi “Batgirl” 2022-ci ilin dekabrında nümayiş etdirilməli idi.

Məlumata görə, “Batgirl” “Warner Bros”un hazırkı strategiyasına uyğun gəlmədiyi üçün ləğv edilib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir