Dünya

Rusiyada hava gəmilərinin istehsalı sexində güclü yanğın baş verib – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Krasnoyarsk şəhəri yaxınlığındakı Yelovoye kəndində hava gəmilərinin istehsalı sexində güclü yanğın baş verib.

İstehsalat sexindən 40-a yaxın insan təxliyə edilib. Şahidlərin bildirdiyinə görə, yanğından çıxan tüstü, hətta Krasnoyarsk diyarının paytaxtından da görünüb.

Hadisə yerində müvafiq qurumlar iş aparır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda 1725 kvadratmetr sahədə yanğın lokallaşdırılıb.

Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Mənbə: “KP.ru” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir