Kriminal

Kişi qonşu qadını bıçaqladı

Sharing is caring!

Qazax rayonunda kişi qonşu qadını bıçaqlayıb.

XəbərAl.az-ın verdiyi xəbərə görə, hadisə hadisə aprelin 30-da saat 13 radələrində rayonun Birinci Şıxlı kəndinə baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Mürsəl Hüseynov qonşusu, 1981-ci il təvəllüdlü Elmira Orucovanın evində onunla aralarında yaranan mübahisə zamanı ona bir neçə bıçaq zərbəsi vurub.

Bu zaman E.Orucovanın oğlu Xəyal Mikayılov hadisəyə müdaxilə edərək bıçağı M.Hüseynovun əlindən alıb. Xəstəxanaya yerləşdirilən E.Orucovanın həyatını xilas etmək mümkün olub.

Faktla bağlı rayon prokurorluğunda qəsdən adam öldürməyə cəhd etmək maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir