Dünya

Romada məşhur kinostudiya yandı – VİDEO

Sharing is caring!

Romada “Cinecitta” kinostudiyasında yanğın baş verib.

Alovlar “Yenilənmiş Florensiya” pavilyonuna ciddi ziyan vurub.

Yanğının söndürülməsi və digər tikililərin mühafizəsi üçün hadisə yerinə üç yanğınsöndürmə briqadası gəlib.

Mümkün tələfat barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, “Cinecitta”nın studiyalarında 3000-ə yaxın film çəkilib və onlardan 90-ı “Oskar nominasiyası” alıb, 51 film ali kino mükafatını qazanıb. Onların arasında “Roma tətilləri”, “Ben Qur” kimi məşhur filmlər də var.

Mənbə: unionesarda.it

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir