Dünya

Xomeyninin nəvəsi: “Babam İrana xəyanət edib” – VİDEO

Sharing is caring!

Hüseyn Xomeyni İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin ən istəkli nəvəsi olub.

Bu barədə “Azad İran” “YouTube” kanalının hazırladığı süjetdə bildirilib.

Qeyd edilib ki, 1979-cu ilin fevralında şah rejiminin devrilməsindən və inqilabın qələbəsindən az sonra nəvə ilə baba arasında ciddi fikir ayrılıqları meydana çıxıb:

“Hüseyn Xomeyni Pəhləvi hakimiyyətinə qarşı mübarizə aparmış müxtəlif partiya və təşkilatların siyasi səhnədən sıxışdırılıb çıxarılaraq, öz sözləri ilə desək, ruhanilərin diktaturasının qurulması prosesinə açıq etirazını bildirdi. Çox sonralar, dəqiq desək, 2004-cü ildə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı o, keçmiş İran şahının oğlu Rza Pəhləvi ilə görüşdü”.

Həmin görüş zamanı Pəhləvi sülaləsinin banisi Rza şahı nəzərdə tutan şahzadə: “Babam İrana xidmət edib” – dedi, Hüseyn Xomeyni isə: “Mənim babam İrana xəyanət edib” söylədi.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir