Cəmiyyət

Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüş keçirilib

Sharing is caring!

Azərbaycan Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehlə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Öz çıxışında nazir 2022-ci il dekabrın 27-də Prezident İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığını xatırladıb. Bu qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, eyni zamanda, dövlət tərəfdaşı və özəl tərəfdaş arasında yaranan münasibətləri tənzimləyir.

Sonda Teymur Musayev ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində Rana Karadşeh ölkəmizin 1995-ci ildən korporasiyaya üzv olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlər görülüb.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir