Dünya

ABŞ PUA-sı uçuş rekorduna imza atdı

Sharing is caring!

“Airbus” şirkətinin istehsalı olan “Zephyr” pilotsuz uşuş aparatının prototipi sınaq çərçivəsində 40 gündür ki, Arizona səmasında dövr edir.

Kəşfiyyat və müşahidə dronu günəş enerjisi ilə işləyir.

Məlumata görə, PUA-nın qanadlarının uzunluğu 25 metr, çəkisi 75 kiloqramdır. O, 21,3 km hündürlüyə qalxa bilir.

“Airbus” bildirir ki, dron faydalı yük daşıya və hətta hücum əməliyyatları üçün də istifadə edilə bilər.

Qurğunun əsas avadanlığına elektro-optik və infraqırmızı kameralar, passiv radar, obyektin identifikasiyası sistemi və bir çox başqa müşahidə cihazları daxildir.

Qeyd edək ki, 2018-ci ildə “Zephyr” 25 gün 23 saat 57 dəqiqə havada qalıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir