Dünya

İran Rusiyaya “Shahed 129” döyüş PUA-ları satıb

Sharing is caring!

İran pilotsuz aparatlarının bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Onların Həştərxan və Volqoqraddan keçməklə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır.

Partiyanın əsasını “Shahed 129” ağır hücum dronlarının təşkil etdiyi bildirilib. Onun hazırlanması zamanı İsrailin “Hermes 450” və ABŞ-ın “MQ-1 Predator” modelləri əsas götürülüb.

İran PUA-sının uzunluğu 8 metr, qanadların genişliyi 16 metrdir. Onun elan edilmiş döyüş yükü 400 kq-a, uçuş sürəti 150-200 km/saata, uçuş məsafəsi isə 1700 km-ə qədərdir. Tərtibatçılar iddia edirlər ki, dron 24 saata qədər havada qala bilir.

PUA “Sadid-1” tank əleyhinə raketlər və ya parçalanmış döyüş başlığına malik yüksəkdəqiqlikli “Sadid-345” mərmilərilə təchiz edilə bilər.

Qeyd edək ki, İran pilotsuz uçuş aparatlarının həqiqi döyüş xüsusiyyətləri haqqında praktiki olaraq heç nə məlum deyil. Belə ki, indiyədək onlardan tammiqyaslı müharibədə istifadə olunmayıb. Buna görə də “Shahed 129”un imkanları qeyd olunanlardan fərqli ola bilər.

Mənbə: censor.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir