Dünya

Brilyov Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətininin rəhbərliyindən getdi

Sharing is caring!

Rusiyalı məşhur jurnalist Serqey Brilyov Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin xüsusi layihələr üzrə direktor müavini vəzifəsini tərk etdiyini deyib. O, həmçinin “Rossiya 1” kanalında yayımlanan “Vesti v Subbotu” proqramını bir daha aparmayacağını bildirib.

Bu barədə aparıcı sosial şəbəkələrdə xəbər verib.

Brilyov mövsümün əvvəlində, sentyabrın 11-də aparıcı kimi işinin 20 illik yubileyini qeyd etdiyini, fevralın 26-da isə “Vesti v Subbotu”nun son buraxılışının aparıcısı olduğunu deyib. O, bundan sonra Latın Amerikasına yollanıb, burada reportaj hazırlamaqla və mini filmlərin çəkilişləri ilə məşğul olub. Aprelin sonunda Moskvaya qayıtdıqdan sonra isə o, əməliyyat olunub.

Teleaparıcının sözlərinə görə, saatlarla efirdə işləmək artıq onun üçün uyğun deyil və yazılı formatlara – filmlər və xüsusi reportajlara keçmək vaxtıdır.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra ölkədə dövlət televiziya kanallarının bir sıra əməkdaşı işdən çıxmaq qərarına gəlib. Onların arasında NTV-nin aparıcısı Liliya Qildeyeva (Rusiyanı tərk edib), NTV-nin Brüsseldəki müxbiri Vadim Qlusker, Birinci Kanalın Parisdəki müxbiri Janna Ağalakova, Birinci Kanalın redaktoru Marina Ovsyannikova da var.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir