Dünya

Britaniyanın keçmiş baş naziri Boris Conson teleaparıcı kimi işə düzəldi

Sharing is caring!


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson veriliş aparıcısı və şərhçi kimi komandaya qoşulub və əsas fiqurlardan biri olacaq.

Bu barədə Britaniyanın “GB News” telekanalı öz saytında məlumat verib.  

Kanal həmçinin Consonun videomüraciətini də dərc edib. Videomüraciətdə Boris Conson bildirib ki, Rusiya, Çin, Ukraynadan tutmuş, qarşıda duran böyük imkanlara qədər hər şeyə açıq şəkildə öz baxışını təqdim etmək niyyətindədir.

Açıqlamada qeyd edilib ki, gələn il Boris Conson Böyük Britaniyada keçiriləcək ümumi seçkiləri və ABŞ seçkilərini işıqlandıracaq, eyni zamanda Britaniyanın bütün dünyada gücünü nümayiş etdirən teleserial hazırlayacaq.

Bundan əlavə, Conson bəzən xüsusi proqramların aparıcısı kimi canlı tamaşaçı qarşısına çıxacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir