Dünya

“Caliber”: Azərbaycan DSX-nin irəliləməsi – İlk döyüş imtahanı + VİDEO

Sharing is caring!

“Qazax və Ağstafa istiqamətində dövlət sərhədinin 163 kilometrlik ərazisinin Azərbaycan Sərhəd Xidmətinin sərəncamına verilməsi Azərbaycan sərhədlərinin mühafizəsi istiqamətində DSX üçün yeni çağırış oldusa, Ermənistan tərəfi üçün bu məqam stres və çaşqınlıq vəziyyətində provokasiya yaratmaq cəhdləri ilə nəticələndi”.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistanın siyasi hakimiyyəti çox gözəl başa düşdü ki, Azərbaycanın işğaldan azad olunan ərazilərini əlində saxlamaq heç cür mümkün olmayacaq, yeni qarşıdurma isə sürətli və yüksək texnologiyaların istifadəsi ilə baş tutacaq.

Məhz buna görə də Ermənistanın hərbi rəhbərliyi diqqəti əsas problemdən yayındırmaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna gətirmək üçün Azərbaycan-Ermənistan sərhədində təxribatlar törətməyə qərar verdi.

Daha ətraflı “Caliber”in növbəti süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir