Dünya

Polşa və Slovakiya Ukraynaya nasaz qırıcılar təhvil verib

Sharing is caring!


Polşa və Slovakiya nasaz təyyarələri Ukraynaya təhvil verib.

Bu barədə “The Economist” yazıb.

Məlumata görə, bu ölkələr son vaxtlar Ukraynaya 8 ədəd MiQ-29 göndərib. Lakin məlum olub ki, onların əksəriyyəti nasazdır.

Ona görə də qırıcıları söküb ehtiyat hissələri üçün istifadə etmək lazım gəlib. “Ukraynanın yeni hava donanmasına ehtiyacı var”, – nəşr əlavə edib.

Bundan əlavə, Ali Radanın deputatı Aleksandra Ustinova ABŞ-nin Kiyevi tələb etdiyindən xeyli az silahla təmin etməsindən şikayətlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir