Dünya

Rusiyada bir gündə ikinci deputat öldü

Sharing is caring!


Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov bazar günü uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Bu barədə Dövlət Dumasında Vahid Rusiya fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

“Ağır gündür. Ölüm daha bir yoldaşımızı aramızdan apardı. Ağır və uzun sürən xəstəlikdən sonra Dövlət Dumasının deputatı, Qaraçay-Çərkəz Respublikasının keçmiş təbii sərvətlər və ekologiya naziri Yaşarbek Borisoviç Uzdenov vəfat etdi”, – Vasilyev məlumat verib.

O, fraksiyanın bütün deputatları adından Uzdenovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bazar günü Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan digər deputatı Nikolay Bortsovun da ölümü ilə bağlı xəbər yayılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir