Dünya

Şri-Lankada çadır şəhərciyinin dağıdılması zamanı 50-yə yaxın etirazçı xəsarət alıb – FOTO/VİDEO

Sharing is caring!

İyulun 22-nə keçən gecə Şri-Lanka polisi və hərbçiləri Kolomboda su sahilində nümayişçilərin “Gotta Go Gama” (istefaya yollanan eks-prezident Qotabai Rajapaksanın adı verilib) düşərgəsini mühasirəyə alıblar. Təhlükəsizlik qüvvələri aprel ayından bu yerdə mövcud olan çadır şəhərciyinə daxil olaraq etirazçıları oradan çıxmağa məcbur ediblər. Nəticədə 50 nəfər xəsarət alıb. Zərərçəkənlər arasında bir neçə jurnalist də var.

Polis və hərbçilərin hərəkəti Şri-Lankanın seçilmiş prezidenti və keçmiş baş naziri Ranil Vikramasinqhenin prezident andı içərək rəsmən ada dövlətinin başçısı olmasının ertəsi günü keçirilib. O, zorakı hərəkətlər edən etirazçılara qarşı sərt tədbirlər görəcəyini vəd edib.

Şri-Lankada siyasi vəziyyət iyulun 9-da etirazçıların dövlət başçısı Rajapaksa və baş nazir Vikramasinqhenin iqamətgahlarını ələ keçirmələri ilə gərginləşib. İğtişaşlar zamanı 100-dən çox insan yaralanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir