Dünya

BBC kral ailəsinin keçmiş dayəsinə təzminat ödəyəcək

Sharing is caring!

Britaniya Yayım Korporasiyası (BBC) şahzadə Uilyam və Harrinin keçmiş dayəsinə onun haqqında yalan iddialar yaydığına görə təzminat ödəyəcək.

Şirkət Tiggi kimi tanınan Aleksandra Pettiferdən şahzadələrin atası vəliəhd şahzadə Çarlzla yaxın əlaqədə olması və abort etdirməsi kimi əsassız iddialara görə Ali Məhkəmə qarşısında üzr istəyib.

Məhkəmədə BBC-nin qəsdən həqiqətə uyğun olmayan iddialar irəli sürdüyü bildirilib.

Təzminatın məbləği açıqlanmayıb.

Həmçinin, məhkəmə xərclərinin də BBC tərəfindən ödəniləcəyi məlum olub.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir