Dünya

ABŞ-da Rusiyaya qarşı sanksiyalardan yayınanlar mafiya hesab oluna bilərlər

Sharing is caring!

“Anti-Rusiya sanksiyalarından yayınan təşkilatlar cinayətkar hesab edilməlidir”.

Bunu ABŞ Maliyyə Nazirliyi rəhbərinin müavini Liza Monako deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi sanksiyalardan yayınanlara keçmişdə mafiyaya yanaşıldığı kimi yanaşmaq üçün icazə almaq niyyətindədir. Belə ki, bu, “bütün şəbəkəni” təqib etməyə imkan verəcək.

“Biz Konqresdən xahiş edirik ki, bizə reketliklə mübarizə qaydasından istifadə etməyə, bu oliqarxlara və sanksiyalardan yayınanlara qarşı cinayət təşkilatları kimi davranmağa icazə versin”, – deyə Monako bildirib.

Maliyyə Nazirliyinin rəhbər müavini eyni zamanda bir daha Konqresdən ABŞ-da müsadirə olunmuş Rusiya əmlakının ukraynalı qaçqınların xeyrinə verilməsini xahiş edib.

Mənbə: İzvestiya  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir