Siyasət

Ersin Tatar: “Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə bir yerdə olmalıdırlar”

Sharing is caring!


“Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə həmişə bir yerdə olmalıdırlar”.

“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, Azərbaycan dövlət başçısı ilə görüşünün səmimi keçdiyi söyləyib:

“Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfəri Şimali Kipr məmnuniyyətlə qarşıladı. Bundan sonra Qarabağa və Naxçıvana da gedəcəyəm”.

E.Tatar qeyd edib ki, Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə həmişə bir yerdə olmalıdırlar:

“Türk birliyinin güclənməsi hər birimizin xeyrinə olacaq. Gələcək nəsillər bundan çox fayda götürəcəklər. Çünki artıq dünyada tək qalmaq olmaz. Şimali Kipr isə əsla yalnız qalmaz. “Bir millət, üç dövlət” prinsipi bizim üçün çox önəmli və dəyərlidir”.

Şimali Kipr prezidentinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı artıq güclü bir qurumdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir