Dünya

Böyük Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb

Sharing is caring!

Böyük Britaniyada istehlak qiymətləri inflyasiyası may ayında 9,1%-ə nisbətdə iyunda illik 9,4% təşkil edib.

Bu barədə Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Beləliklə, inflyasiya səviyyəsi son 40 ilin ən yüksək səviyyəsinə çatıb.

Bu o deməkdir ki, iyun ayında Böyük Britaniya G7 ölkələri arasında ən yüksək inflyasiya səviyyəsinə sahib olub. Kanada və Yaponiya hələ iyun ayı üçün məlumat yaymasa da, onlardan hər hansı birinin Böyük Britaniyada qiymət artımı göstəricisinə yaxınlaşması ehtimalı azdır.

Bildirilib ki, iyun ayı üzrə inflyasiya göstəricisinə qismən benzin qiymətlərində illik 42 faiz artım və qida məhsullarında təxminən 10 faiz artım da səbəb olub.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir