Cəmiyyət

Ordubadda bir ailənin üç üzvü qəzada xəsarət alıb

Sharing is caring!


Ordubadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.

1957-ci il təvəllüdlü Mehdi Ramazan oğlu Bağırovun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq Düylün çayına aşıb. Hadisə nəticəsində sürücü ilə birlikdə avtomobildə olan bir ailənin üç üzvü – 1965-ci il təvəllüdlü Cəlil Salman oğlu Salmanov, 1966-cı il təvəllüdlü Mailə Alı qızı Salmanova və 1992-ci il təvəllüdlü Toğrul Cəlil oğlu Salmanov xəsarət alıblar.

Xəsarət alanların dördü də Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir