Dünya

Zmeyinıda minalardan təmizləmə əməliyyatı zamanı gözlənilməz sürpriz – VİDEO

Sharing is caring!

Ukraynalı mütəxəssislər Zmeyinı adasında ərazinin tədqiqi və minalardan təmizlənməsi üzrə iş apararkən Rusiya ordusuna məxsus silahlar və texnikalar da aşkarlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

Bildirilir ki, aşkarlananlar arasında istiqamətləndirmə və idarəetmə sistemləri, “Orlan-10” PUA-ları, Daşınan Zenit Raket Sistemləri, qumbaraatanlar, odsaçan silahlar, atıcı silahlar, döyüş jurnalları, Rusiya hərbçilərinin şəxsi sənədləri, elektron daşıyıcıları var.

Bundan əlavə, adada bir neçə ay işğal altında yaşayan pişik də tapılıb. Heyvan təxliyə edilib.

Xatırladaq ki, Zmeyinı iyulun 4-də rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb. Ada işğaldan azad edildikdən sonra Dunay-Qara dəniz kanalı ilə gəmiçilik bərpa edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir