Dünya

Almaniya Aİ-nin Ukraynaya yardım ayırmasına mane olur

Sharing is caring!

Almaniya Ukraynaya 9 milyard avroluq maliyyə yardımının ayrılmasına mane olur. Hərçənd, yardım barədə qərar hələ iyunun sonunda Aİ sammitində qəbul edilib.

Məlumata görə, maliyyə vəsaitinin ayrılması Almaniyanın maliyyə naziri Kristian Lindner təsdiqləmir. O, artıq pandemiya zamanında olduğu kimi, ümumi Avropa borcu vasitəsilə Ukraynaya yardım göstərilməsinin əleyhinədir.

Hazırda almaniyalı nazir yalnız 1 milyard məbləğində birinci tranşı təsdiqləyib. Həmin  vəsait iyulun sonuna qədər Ukraynaya ödənilməlidir.

Qeyd edək ki, Ukraynadan ayda 5 milyard dollar məbləğində yardımın göstərilməsinə ehtiyac olduğunu bildirilib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir