Dünya

Bolqarıstanın baş naziri: “Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq”

Sharing is caring!

Bolqarıstanın baş naziri Kiril Petkov bəyan edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq.

Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür.

“Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı”, – deyə Petkov bildirib.

O, həmçinin Yunanıstanın baş naziri Kriakos Mitsotakisə təşəkkür edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir