Dünya

Estoniyanın baş naziri vəzifəsindən gedir

Sharing is caring!

Estoniyada baş nazir Kaya Kallas vəzifəsindən getdiyini təsdiqləyib.

Bildirilir ki, buna səbəb “İsamaa” partiyasının yeni hökuməti qurmaq üçün koalisiyaya qoşulmaq şərti olub.

Belə ki, siyasi partiyanın üzvləri yalnız Kallasın istefasından sonra koalisiyaya qoşulacaqlarını dəfələrlə bildiriblər.

Lakin, hökumət başçısı belə bir şərtin olduğunu təkzib edib. O, istefa təklifinin özünə aid olduğunu deyib.

Kallas, mümkün qədər tez yeni hökumət qurmaq istədiklərini, lakin yay tətili ilə bağlı parlamenti toplamağın çətin ola biləcəyini qeyd edib.

Yayılan xəbərlərə görə, gələn həftəsonu yeni hökumətin tərkibindəki nazir postlarının bölüşdürülməsi planlaşdırılır.

Mənbə: delfi.ee

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir