İdman

“Qarabağ”ın püşkatmadakı səbəti dəqiqləşdi

Sharing is caring!

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq.

Oxu.Az xəbər verir ki, buna Türkiyə “Trabzonspor”u ilə Norveçin “Budö Qlimt” klubunun Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.

UEFA reytinqində “köhlən atlar”dan geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir