İdman

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatma öncəsi 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun dörd səbətə bölünüb.

1-ci səbət: “Real Madrid” (İspaniya), “Ayntraxt” (Frankurt, Almaniya), “Mançester Siti” (İngiltərə), “Milan” (İtaliya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Ayaks” (Niderland)

2-ci səbət: “Liverpul”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Barselona”, “Atletiko” (Madrid), “Sevilya” (hamısı İspaniya), “Yuventus” (İtaliya), “Leyptsiq” (Almaniya)

3-cü səbət: “Borussiya” (Dortmund) “Bayer” (hər ikisi Almaniya), “Zaltsburq” (Avstriya), “Şaxtyor” (Donetsk, Ukrayna), “İnter”, “Napoli” (hər ikisi İtaliya), “Benfika” “Sportinq” (hər ikisi Portuqaliya)

4-cü səbət: “Reyncers” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Marsel” (Fransa), “Kopenhagen” (Danimarka), “Brügge” (Belçika), “Seltik” (Şotlandiya), “Viktoriya” (Plzen, Çexiya), “Makkabi Hayfa” (İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir