Dünya

Məşhur Niderland aviaşirkəti personal çatışmazlığı səbəbindən yüzlərlə uçuşu dayandıracaq

Sharing is caring!

Niderlandın KLM aviaşirkəti işçi çatışmazlığı səbəbindən avqustun sonuna qədər Avropa istiqamətlərinə gündəlik 20-yə qədər uçuşu ləğv etmək məcburiyyətində qaldığını bildirib.

Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

KLM-in bazası olan KLM və Schiphol Hava Limanı koronavirus pandemiyasından sonra minlərlə vakansiyanı doldura bilmir. Schiphol Hava Limanı təzyiqi azaltmaq üçün aviaşirkətlərdən sərnişin axınını azaltmağı xahiş edib.

“Schiphol və KLM kadr çatışmazlığı ilə üzləşdiyi üçün hava limanında iş yükü səngimək bilmir. KLM tərəfindən görülən tədbirlər əməliyyat sabitliyini bərpa etməyə, bununla da Schiphol və KLM-də işçilərin iş yükünü azaltmağa yönəlib. Avqustun 28-dək biz hər gün 10-dan 20-yə qədər reysi ləğv edirik”, – deyə şirkətin açıqlamasında bildirilir.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir