Dünya

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyə hazırlaşır

Sharing is caring!

Finlandiya Parlamentinin üzvləri Rusiya ilə 1300 km-lik sərhəddə baryerlərin qurulmasına və fövqəladə hallarda qaçqınlar üçün bağlanmasına icazə verən qanun layihəsini dəstəkləyiblər.

Qeyd olunur ki, qanun layihəsi sığınacaq verilməsi ilə bağlı Avropa İttifaqının normalarına zidd olsa da, səs çoxluğu ilə qəbul edilib.

Bu qanun parlamentə sərhəd təhlükəsizliyi ilə bağlı qərarların qəbulunu sürətləndirməyə, hökumətə isə Finlandiya sərhədi yaxınlığında “hasarların və ya digər maneələrin” tikintisi ilə bağlı göstərişlər verməyə və sığınacaq üçün bütün müraciətləri bir və ya bir neçə sərhəd məntəqəsinə, məsələn, hava limanına yönəltməyə imkan verəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir