Cəmiyyət

Rac Kapurun qonağı olan azərbaycanlı aşığın Tac Mahaldan Salyana gətirdiyi qeyri-adi əşya – VİDEO

Sharing is caring!

Salyan aşıq məktəbinin görkəmli nümayəndəsi olan Aşıq Pənah davamçılarına zəngin irs miras qoyub.

18 aşıq havasının, 2 dastanın, 100-dən çox qoşmanın müəllifi olan sənətkardan həm də nadir qədim əlyazmalar və Hindistandan hədiyyə edilən qeyri-adi əşya yadigar qalıb. Hazırda bu nadir kitablar Salyan Diyarşünaslıq Muzeyində eksponat şəkilində qorunur. Hindistanda qastrol səfərində olan aşığa verilən gülabdanın isə öz tarixçəsi var. 

Qədim və maraqlı texnologiyaya malik gülabdan təmiz misdəndir. Çəkisi 350 qram, hündürlüyü 22 santimetrdir. Üzəri şərq naxışları ilə bəzədilib. Yaşı 2-3 əsr əvvəllərə gedib çıxan əl işinin dəyəri Aşıq Pənahın qızı Aynurə Pənahlı üçün misilsizdir. Onun sözlərinə görə, Aşıq Pənah Hindistanda olarkən aktyor Rac Kapurun qonağı olub, hindli tələbələrlə görüşlər keçirib:

“Bir dəfə də məscidə gedərkən orada azan oxuyur. Bundan sonra məsciddən ona bu gülabdanı hədiyyə ediblər”. 

O, bu qədim əşyanın da yer alacağı, aşığın zəngin və qiymətli kitabxanasını, irsinin qorunacağı ev-muzeyinin yaradılmasını arzulayır. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir