Dünya

Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov: “Avqustda bütün dünya Ukraynanın ilk qələbələrini görəcək”

Sharing is caring!

“Ukraynalılar tezliklə Ukraynanın rus təcavüzkarına qarşı müharibədə ilk qələbələrini görəcəklər. Məhz bu ilin avqustunda”.

Bu barədə “RBC-Ukrayna”ya müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.

Eyni zamanda qeyd edib ki, müharibədə dönüş nöqtəsinin əhəmiyyətini düzgün dərk etmək lazımdır.

“Mən (əvvəllər – red.) demişdim ki, avqustda siz görəcəksiniz, bütün dünya, prinsipcə, Ukraynanın ilk qələbələrini görəcək. (Bu, – red.) ilk dönüş nöqtəsidir”, – deyə Budanov qeyd edib.

Lakin Ukrayna kəşfiyyatının rəhbəri təfərrüatlı məlumat verməkdən imtina edib.

“İndi bütün planları üzə çıxarmağımı istəyirsiniz ki, düşmən oxusun, hazırlaşsın? Mən sizə ritorik cavab verəcəm. Mənim açıqlamalarımı təhlil etsəniz, mənim, heç olmasa, bir dəfə səhv etdiyimi görmüsünüzmü? Elə isə gözləyin”, – deyə Budanov fikrini yekunlaşdırıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir