Dünya

İsrail ilk dəfə Mərakeşdə keçirilən hərbi təlimdə iştirak edib

Sharing is caring!

İsrail ilk dəfə Mərakeşdə keçirilən beynəlxalq hərbi təlimdə müşahidəçi ölkə kimi iştirak edib.

Bu barədə İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, İsrail ordusu və Müdafiə Nazirliyinin rəsmiləri ABŞ Afrika Komandanlığı (AFRICOM) və Mərakeş Kral Silahlı Qüvvələrinin rəhbərlik etdiyi “Afrika Aslanı 2022” təliminə qatılıb.

Bu qərarın İsraillə Mərakeş arasında təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində bir addım olduğu, həmçinin Mərakeş ordusunun Terrorla Mübarizə Birliyinin İsraildə keçirilən çoxmillətli təlimdə iştirakının davamı kimi qiymətləndirildiyi bildirilib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir