Dünya

Aİ Ukraynanın bərpası üçün 500 milyard avrodan çox vəsait ayıra bilər

Sharing is caring!

Avropa İttifaqı Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox vəsait ayıra bilər.

Məlumata görə, bu həftə Luqanoda (İsveçrə) keçiriləcək donor konfransında Ukrayna ölkənin yenidən qurulması ilə bağlı irimiqyaslı layihəni təqdim edəcək. Plan təxminən 2000 səhifə həcmindədir. Burada infrastruktur və təhlükəsizlik layihələri, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsinin geniş siyahısı öz əksini tapıb.

Hazırda Avropa Komissiyası qrantlar və kreditlər daxil olmaqla maliyyələşdirmə variantlarını araşdırır.

Xatırladaq ki, Ukraynanın bərpası ilə bağlı konfrans iyulun 4-5-də İsveçrənin Luqano şəhərində keçiriləcək.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir