Dünya manset

İsrailin baş naziri Ukraynaya səfər edəcək

İsrailin Baş Naziri Benyamin Netanyahu bazar günü Ukraynaya səfər edəcək.

O, Ukraynada Prezident Vladimir Zelenski ilə görüşəcək, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini yad edəcək.

XeberAl.az xəbər verir ki, səfər avqustun 18-20-nə planlaşdırılır. Xatırladaq ki, Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun bu ilin yanvar ayında İsrailə rəsmi səfəri çərçivəsində iki ölkə arasında azad iqtisadi və ticarət zonasına dair saziş imzalanıb.

İyul ayında isə İsrailin Baş Naziri Yerusəlimdə Ukrayna Ali Radasının nümayəndə heyətini qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir