Dünya

İlon Maskın startapı 500 milyon dollar topladı

Sharing is caring!


İlon Maskın süni intellekt sahəsində inkişaf edən “xAI” startapı 500 milyon dollar investisiya cəlb edib.

Bu, şirkətin investorların köməyi ilə cəlb etməyi planlaşdırdığı məbləğin yarısıdır. Qiymətli Kağızlar və Birja Komissiyasının sənədləri “xAI”nin 1 milyard dollarlıq kapital cəlb etməsini göstərir.

Startapın müəlliflərinə görə, onun dəyəri təxminən 15-20 milyard dollara çatacaq. Eyni zamanda, onun səhmlərinin 25%-i İlon Maskın “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) hazırkı səhmdarlarına məxsus olacaq.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir