Dünya

Tariximizə “müasir” yanaşma: XV əsrlik Dərbənd qalasına plastik pəncərələr qoyuldu – FOTO

Sharing is caring!

Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən, orta əsrlərə aid “Narın-Qala” qəsrinə plastik pəncərələrin vurulması yerli sakinlərin etirazına səbəb olub.

Sosial şəbəkələrdə məsələni ictimailəşdirən dərbəndlilər xatırladıblar ki, “Narın-Qala” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir və tarixi tikiliyə müdaxilə yolverilməzdir.

Yerli fəallar unikal memarlıq nümunəsi olan qəsrin mühafizə edilməsi üçün lazımı və təxirəsalınmaz addımların atılımasını tələb ediblər.

Qeyd edək ki, Dərbənd qalasını VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan inşa etdirib. Orta əsrlərdə Dərbənd ərazisi Dərbənd əmirliyinin, Şirvanşahlar dövlətinin və Səfəvilər imperiyasının tərkibinə daxil olub. Türkmənçay sülh müqaviləsindən sonra Dərbənd şəhəri Rusiya İmperiyasının nəzarətinə keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir