Dünya

Rusiya Dövlət İdarəçilik Akademiyasının rektoru Vladimir Mau saxlanılıb – FOTO

Sharing is caring!

Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RXTDİA) rektoru Vladimir Mau saxlanılıb.

Bu barədə öz “Twitter” hesabında YUKOS-un keçmiş həmtəsisçisi Leonid Nevzlin İstintaq Komitəsindəki mənbəyə istinadən məlumat verib.

Saxlanmanın səbəbləri hələlik məlum deyil.

Maunun saxlanılması barədə müxtəlif media mənbələri də məlumat verib.

“RXTDİA rəhbərliyi keçən il başlanmış iş üzrə şahid qismində ifadə vermək üçün İstintaq Komitəsinə çağırılıb”, – deyə “MK” məlumat verib.

“Akademiyanın rektoru və işçiləri fəal əməkdaşlıq edir və istintaqa kömək edirlər”, – deyə həmsöhbət əlavə edib.

Maunun mətbuat katibi Yelena Zemtsova “Agentstvo” nəşrinə bildirib ki, RXTDİA-da aparılan istintaq hərəkətləri və universitet rektorunun dindirilməsi ilə bağlı məlumatı təsdiqləyə bilməz.

“Belə bir şey baş vermir, Vladimir Aleksandroviç mediada işıqlandırılan xəbərləri şərh etmir, o, yalnız tanış rektorlarla iqtisadi mövzularda ünsiyyət qurur”, – deyə mətbuat katibi qeyd edib.

Agentliyin məlumatına görə, Maunun dindirilməsi “Şaninka işi” adlanan işlə bağlıdır.

Mənbə: Vesma.Today

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir